17.11.2025 15:23

“Bakutime.info” informasiya agentliyi fəaliyyətə başladı

02.06.2025 17:14 SekoMirson Texnologiya 6 oxundu
“Bakutime.info” informasiya agentliyi fəaliyyətə başladı

Azərbaycanın media məkanında yeni informasiya platforması – “Bakutime.info” informasiya agentliyi fəaliyyətə başladı. Yeni xəbər saytı jurnalistikada dəqiqlik və obyektivlik prinsipini əsas götürərək, cəmiyyətə etibarlı məlumat təqdim etməyi hədəfləyir.


Saytın yaradıcı heyəti bildirir ki, Bakutime.info yalnız informasiya ötürmək yox, həm də təhlil, faktlara əsaslanma və məsuliyyətli jurnalistika ilə fərqlənəcək. Saytın əsas istiqamətləri – siyasət, iqtisadiyyat, cəmiyyət, texnologiya və dünya xəbərləridir. Gələcəkdə analitik materiallar və reportajlarla məzmun xətti daha da zənginləşdiriləcək.


Saytın təqdimat bəyanatında qeyd olunur:


“Biz vaxtı izləmək üçün yox, dəqiq xəbəri tapmaq üçün buradayıq. Oxucuya etibarsız informasiya təqdim etmək bizim üçün qəbuledilməzdir. BakuTime.info cəmiyyətin nəbzini yox, gerçəkliyin özünü tutmağa çalışacaq.”

Hazırda sayt öz fəaliyyətini onlayn media formatında davam etdirir və yaxın günlərdə sosial media üzərindən də aktiv yayımlara başlayacaq.


Paylaş: