Bakutime.info Baku.ws-ə istinadən xəbər verir ki, Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən yanğın nəticəsində 1989-cu il təvəllüdlü Tural İmanov, 2002-ci il təvəllüdlü həyat yoldaşı və onların iki azyaşlı övladı dünyasını dəyişib. Yanğın gecə saatlarında baş verib və ailə üzvləri yuxuda olarkən alov içində qalıblar. Faktla bağlı araşdırma aparılır.